7NEWS.az xəbər verir ki, Baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) aprel ayı üçün xam polad istehsalı məlumatlarını açıqlayıb. Buna görə qlobal xam polad istehsalı keçən ay 2023-cü ilin eyni dövrü ilə müqayisədə yüzdə 5 azalaraq 155,7 milyon tona geriləyib. Sözügedən dövrdə dünyanın ən böyük polad istehsalçısı olan Çinin istehsalı yüzdə 7,2 azalaraq 85,9 milyon tona düşüb.
7NEWS.az








