RU
“APREL QƏLƏBƏLƏRİ torpaqlarımızın işğaldan azad olunacağı günü yaxınlaşdırdı” – Azər Verdiyev
15:58
1468

“APREL QƏLƏBƏLƏRİ torpaqlarımızın işğaldan azad olunacağı günü yaxınlaşdırdı” – Azər Verdiyev

Azərbaycan Ordusunun 2016-cı il aprel ayının əvvəllərində cəbhədə işğalçı erməni silahlı bölmələri üzərində qazandığı qələbələrin ildönümüdür. Müdafiə Nazirliyinin məlumatına görə, ötən il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.


Aprel qələbələrinin ildönümü ilə əlaqədar saytımıza açıqlama verən Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, icmalçı Azər Verdiyev 4 günlük döyüşlərdə Azərbaycan Ordusu 2000 hektar ərazisini işğaldan azad etdiyini dedi: "4 günlük döyüşlərdə Azərbaycan Ordusu 2000 hektar ərazisini işğaldan azad edib. Azərbaycan Silahlı Qüvvələrinin düşməndən təmizlədiyi strateji yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür. Ermənilər aprelin əvvəllərində cəbhədə baş vermiş döyüşlərdə 100-dək hərbçi itirdiklərini açıqlasalar da, düşmən tərəfindən real ölü sayının 300-dən, yaralı sayının isə 500-dən çox olduğu barədə məlumatlar var. Düzdür, döyüş toqquşmalarında Azərbaycan Ordusu da itki verib. Ordumuz, ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Ordumuz öz vəzifə borcunu həyata keçirməyə hər an hazır olduğunu ortaya qoydu. Azərbaycan xalqımızın bu mövqeyi dünya ictimaiyyətinə də aydın oldu. Aprel döyüşləri Ermənistanın güclü ordusu olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxardı. Aprel döyüşlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Silahlı Qüvvələrimizin tam nəzarətinə keçdi. İnsanların böyük həvəslə tezliklə doğma kəndlərinə qayıtmaq arzusunu ortaya qoyması, dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı müvafiq sərəncamı da xüsusi qeyd etmək lazımdır. Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazisində antiterror əməliyyatı keçirməyə və separatçı, işğalçı qüvvələri öz torpaqlarından çıxarmağa tam hüququ var. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən işlər sayəsində bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü, qüdrətli ordusuna çevrilib. Dövlət başçısı hərbiçilərlə görüşündə bildirdi ki, keçən ilin aprelində Azərbaycan ordusu imkanlarının çox az bir qismindən istifadə edib. Apreldə qazanılan qələbə Azərbaycanın danışıqlar prosesində mövqeyini gücləndirib, yeni imkanlar yaradıb.Bir sözlə APREL QƏLƏBƏLƏRİ torpaqlarımızın işğaldan azad olunacağı günü yaxınlaşdırdı.”


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ