RU
Aprel şəhidimiz Elvin, ad günün mübarək! - FOTO
11:29
951

Aprel şəhidimiz Elvin, ad günün mübarək! - FOTO

Bu gün aprel döyüşlərində şəhid olan kəşfiyyat komandiri, baş leytenant Elvin Namazovun doğum günüdür.

7News.az bildirir ki, Namazov Elvin Məmməd oğlu 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya göz açıb. 

2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirib. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirib. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olub.

2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N" saylı hərbi hisəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunub. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilib.

2016-cı il aprel ayının 3-də döyüş tapşırığını yerinə yetirib qayıdarkən kəşfiyyat qrupu ilə birgə Tərtər rayonu ərazisində düşmənlə rastlaşıb və döyüşüblər. Döyüşdə aldığı güllə yarasından şəhid olub.

9 aprel 2016-cı ildə doğulduğu Yuxarı Salahlı kənd qəbristanlığında böyük izdiham və təntənə ilə dəfn olunub./azvision

Allah rəhmət eləsin!

7News.az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ