RU
Aptekdə pulu belə oğurlandı
16:42
639

Aptekdə pulu belə oğurlandı

“Həmin xanım axtarışdadır.”

Bakıda apteklərin birində oğurluq hadisəsi baş verib.

7News.Az xəbər verir ki, bu barədə müraciət edən Şaiq Səmədov bildirib ki, hadisə onun başına gəlib və görüntülər aptekin təhlükəsizlik kameralarına düşüb:

“Yanvar ayının 17-də saat 19:20-də Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişdiyi ünvanda yerləşən aptekdə olmuşam. Həmin an cibimdə olan rulon formalı 500 manat pul yerə düşüb. 

Orada olan zaman pulumun düşdüyünün fərqinə varmasam da, aptekin kamera görüntülərinə baxdıqda məndən sonra gələn qadının pulu götürüb cibinə qoyduğunu gördüm. Məsələ ilə bağlı polisə müraciət etmişəm və həmin xanım axtarışdadır. Media vasitəsilə də həmin qadını tanıyanlara səslənib polisə və yaxud mənə xəbər vermələrini xahiş edirəm”. /qafqazinfo

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ