RU
Apteklərdə qiymət bahalaşdı
23:12
567

Apteklərdə qiymət bahalaşdı

Manatın devalvasiyasından sonra baş verən qiymət artımı apteklərdə də müşahidə edilir. Bəs dərmanların qiymətinin artması alıcılıq qabiliyyətinə necə təsir edir? Mövzunu əməkdaşımız Gözəl Niyazova davam etdirir.

Ötən ilin dekabrında manatın məlum devalvasiyası dərmanların qiymətlərinə təsirsiz ötüşməyib. Dərmanların 95%-i xarici ölkələrdən idxal olunur. Bu səbəbdən apteklərdə qiymət artımı hiss olunacaq dərəcədədir. Əczaçılar da qiymət artımının olduğunu inkar etmirlər.Tarif Şurasının mətbuatda yayılan açıqlamalarına görə, qurum tərəfindən tənzimlənən dərmanların qiyməti ilə bağlı məsələnin detallarının  yaxın günlərdə müəyyənləşəcəyi, dövlət qeydiyyatına alınan dərmanların qiymətinə dollar manat çərçivəsində baxılacağı gözlənilir./ttv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ