RU
00:07
504

"Aqroservis” ASC ammofos gübrəsinin qiymətində endirim edib.

"Aqroservis” ASC tərəfindən satılan ammofos gübrəsinin 1 tonunun qiyməti 1000 manatdan 933,33 manata, "Fermer kartı”ndan çıxarılan məbləğ (70%) 1 kisənin qiymətinə görə 35 manatdan 32,67 manata, fermerin öz vəsaiti hesabına ödədiyi 30% məbləğ isə 15 manatdan 14 manata endirilib.

Yeni subsidiya qaydalarına əsasən, gübrə alışında 70% güzəşt fermerin "Fermer kartı”nda olan subsidiya məbləğindən, 30% dəyər isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyər isə "Fermer kartı”nda olan subsidiya məbləğindən ödənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ