RU
AQTA istehlaka yararsız 19 ton süd məhsulunu məhv edib
19:00
126

AQTA istehlaka yararsız 19 ton süd məhsulunu məhv edib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.

"Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 19,16 ton müxtəlif növ süd məhsulları "Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv olunub.

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır", - Agentlikdən bildirilib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ