RU
Aquero cəzalandırıla bilər - azarkeşi vurduğuna görə + Video
12:30
772

Aquero cəzalandırıla bilər - azarkeşi vurduğuna görə + Video

"Mançester Siti"nin futbolçusu Serxio Aquero uzun müddətlik cəzalandırıla bilər.

7News.az-ın "The Suna"a istinadən yaydığı xəbərə görə, buna onun İngiltərə kubokunun 1/8 finalında "Uiqan"la oyundan sonra rəqib komandanın azarkeşini vurması səbəb ola bilər. "Uiqan"ın azarkeşləri 1:0 hesablı qələbəni qeyd etmək üçün matç bitdikdən sonra meydana axışıblar. Bu zaman Aquero ilə azarkeşlərdən birinin arasında mübahisə düşüb. Argentinalı hücumçu azarkeşin üzünə zərbə endirib.

Hadisəyə İngiltərə Futbol Assosiasiyası baxacaq. Aqueronun uzun müddətlik cəzalandırılacağı gözlənilir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ