7news.az Türkiyə mediasına istinadən xəbər verir ki, Liviya sahilində batan 2 gəmidə 239 immiqrant həyatını itirib. Belə ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Carlotta Sami, Liviya sahilində yeni bir faciə yaşandığını açıqlayıb. Bildirib ki, ən az 239 nəfər ölüb, boğulmaqdan xilas olan iki immiqrant isə İtalyanın Lampedusa adasına göndərilib.









