Süni intellekt texnologiyası sayəsində ürək xəstələrinin erkən diaqnozla müalicə oluna biləcəyi və minlərlə insanın həyatını xilas edə biləcəyi proqnozlaşdırılır.
7NEWS.az xəbər verir ki, İngiltərədə aparılan bir araşdırma, süni intellektin bir insanın yaxın 10 il ərzində infarkt keçirmə riskini proqnozlaşdırmaq üçün istifadə oluna biləcəyini ortaya qoydu. İngiltərə Ürək Fondu tərəfindən maliyyələşdirilən və Oksford Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada koronar kompüter tomoqrafiyasının nəticələrinin süni intellektlə necə yaxşılaşdırıla biləcəyi araşdırılıb. Bu taramalar damarlarda tıxanma və ya daralma aşkar etmək üçün istifadə olunur.
7NEWS.az








