7NEWS.az xəbər verir ki, ABŞ-da aparılan yeni araşdırmaya görə, uzun müddət oturmaq təkcə fiziki sağlamlığa deyil, beyin quruluşuna da mənfi təsir göstərir. Oturaq həyat tərzinin demans növləri, xüsusən də Alzheimer xəstəliyi ilə əlaqəli ola biləcəyi qeyd edilir. Mütəxəssislər tək idmanın kifayət etmədiyini, oturmağa sərf olunan vaxtın da azaldılması lazım olduğunu bildiriblər.