RU
Araz Abdullayev “Qəbələ”də - Fotolar
20:00
858

Araz Abdullayev “Qəbələ”də - Fotolar

"Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib. 7news.Az xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb.

24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Karyerası ərzində Azərbaycanda yalnız "Neftçi”nin heyətində çıxış edən Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə "Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın "Panionios” klubunda legioner həyatı yaşayıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, bu komandada 20 oyun keçirib.

24 yaşlı yarımmüdafiəçi "qırmızı-qaralar”ın heyətinə keçidi ilə bağlı fikirlərini gabalafc.az saytına açıqlayıb:
""Qəbələ” Azərbaycanın ən iddialı və ən güclü klublarından biridir. Komandanın həm Azərbaycan çempionatı, həm də ölkə kubokunda böyük hədəfləri var. Mənim də iddialarım böyükdür. Yeni klubuma uğurlar qazanmağa kömək etməyə çalışacam. İnanıram ki, "Qəbələ”nin həm çempionat, həm kubok, həm də qarşıdakı mövsümlərdə avrokuboklarda qazanacağı nəticələrdə pay sahibi ola biləcəm. Futbolçu kimi yetişməyimdə böyük rolu olan "Neftçi” klubuna da təşəkkür edirəm. Bu klubda olduğum müddətdə daim dəstəyini hiss etdiyim azarkeşlərə minnətdaram”.
 
7news.Az
Araz Abdullayev

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ