RU
Araz çayında batan gəncin meyiti tapılıb
16:13
509

Araz çayında batan gəncin meyiti tapılıb

Bu gün Saatlı rayonu, Nərimanov kəndi Araz çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) batmış 1988-ci il təvəllüdlü, Alışov Xalid Əlisafa oğlunun cəsədi tapılıb.

7news.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cəsəd FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:50-də başa çatıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ