RU
Araz Əlizadə yataq xəstəsi oldu
21:18
21590

Araz Əlizadə yataq xəstəsi oldu

7News.az-ın məlumatına görə 1 Noyabrda keçirilən seçkilərdə sürpriz hesab olunan dairələrdən biri də 35 saylı Xətai üçüncü seçki dairəsi oldu.

Belə ki, nəticələrə görə bu dairədən bundan əvvəl deputat olan İqbal Ağazadənin yerinə ASDP sədri Araz Əlizdənin qalib elan olunması maraqla qarşılanmışdı.

MSK-dan verilən məlumata görə, ASDP sədri Araz Əlizadə dairədən səs verənlərin 47%-nin səslərini toplayaraq deputat seçilib.

Bundan sonra mediada keçmiş millət vəkili İqbal Ağazadə ilə Araz Əlizadə arasında tənqid və təhqirlərlə müşaiyət olunan münasibətlər dərc edildi. Deputata yaxın olan şəxslərdən verilən məlumata görə hal-hazırda Araz Əlizadənin səhhətində ciddi problemlər yaşanmaqdadır. Məlumata görə vəziyyət o qədər ciddidir ki, deputata yataqdan durmamağı məsləhət biliblər. İlkin ehtimala görə Araz Əlizədinin səhhətinin qəfil pisləşməsinin əsas səbəbi də məhz seçkilərdən sonra rəqibi ilə qeyri-etik polemikaya girməsidir.

Deputata Allahdan şəfa diləyirik.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ