RU
11:52
601

"Araz" klubu futzal üzrə UEFA Kubokunda ilk oyununu keçirəcək

 Azərbaycan çempionu "Araz" bu gün futzal üzrə UEFA Kubokunun əsas mərhələsində ilk oyununu keçirəcək. 

2-ci qrupun ilk oyununda rəqib Gürcüstanın Tbilisi Dövlət Universitetinin komandası olacaq.

Qarşılaşma Makedoniyanın paytaxtı Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.

Qeyd edək ki, 2-ci qrupda "Araz" və Gürcüstanın Tbilisi Dövlət Universitetinin komandası ilə yanaşı Kosovanın "Feniks" və Makedoniyanın "Jelezarets" klubları da yer alıb. Azərbaycan təmsilçisi növbəti oyununu oktyabrın 12-də "Feniks"ə, bundan 2 gün sonra isə "Jelezarets"ə qarşı keçirəcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ