RU
21:43
4501

"Araz market" bunu da etdi - işçinin halı pisləşdi - RƏHBƏRLİK MƏCBUR EDİB

Koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti və vaksinin hələ də tapılmaması dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranıb. Bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Qaydalar daxilində xidmət mərkəzlərində o cümlədən marketlərdə xüsusi mühafizə vaitələrindən istifadə etmək tapşırılıb.
Bu gün təxmini saat 20:20 radələrində "araz market”-lər şəbəkəsinin Nizami rayonun da daha dəqiq Qara qarayev metrosunun yaxınlığında Qara Qarayev prospekti 25A ünvanında yerləşən "Arazi Ekspress” mağazasında çalışan bir xanımın halı pisləşib. Hadisə yerində olan 7news.az-ın əməkdaşı işçinin halının nədən pisləşdiyini dəqiqləşdirməyə çalşıb. Mağazada digər çalışanların verdiyi məlumata görə mağaza rəhbərliyinin tapşırığı ilə tibbi mühafizə vasitəsi olan maskadan istifadə etdiyi üçün olub. Əməkdaşımış onuda bildirib ki, çalışanların verdiyi məlumata görə işçinin işə başlayan zaman işçi özünü tibbi maskada piss hiss etdiyinidesə də rəhbərlik tərəfindən təkidlə maskadan istifadə etməsi tapşırılıb. Hadisədən sonra əməkdaşımız mağazanı tərk etsədə kənarda xeyli vaxt dəyanaraq müşahidə edib. M.Musayev onuda bildirib ki, müşahidə etdiyi zaman mağaza rəhbərliyi və həmin an marketdə növbədə olan məsul şəxslər laqeyid davranaraq, məsuliyyət hissi keçirmədiklərindən market çalışanına dibbi müdaxilə edilmısi üçün təcili yardım çağırılmayıb. Buda ümumilikdə "araz market”-lər şəbəkəsinin çalışanlarına qarşı necə məsuliyyətsiz olmasını göstərir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ