RU
19:44
7259

"ARB:24 BBC, CNN kimi “media nəhəngləri” ilə rəqabət apara biləcək telekanalıdır" - Hüseyn Azəri

7News.az ARB 24-ə yeni təyin olunan tanınmış teleapaparıcı Hüseyn Azəri ilə müsahibəni təqdim edir. 

- ARB24 kanalını seçməyinizdə hansı amillər rol oynadı?
- "20 ilə yaxındır ki jurnalist kimi fəaliyyət göstərirəm. Xəbərlərdə çalışmağın nə qədər çətin və məsuliyyətli iş olduğunu anlayıram. Amma bu artıq mənim həyat tərzimdir. Buna görə də Xəbər kanalını seçməyim təbiidir".          

- Əvvəlki telekanallarda çalışmağınız sizə indiki halda hansı üstünlükləri verəcək?
- "Öyrənmək heç vaxt gec deyil. Mən bu gün də peşəkarlardan öyrənirəm və bildiklərimi də gənc nəslə çatdırmağa çalışıram. Bu illər ərzində topladığım təcrübəni də televiziyaya yeni qədəm qoymuş həmkarlarımla məmnuniyyətlə bölüşəcəyəm".  

- Sizcə, xəbər kanalının aparıcısı olmağın hansı çətinlik və müsbət tərəfləri var?
- "Xəbər kanalının aparıcısı olmaq şərəfli bir işdir. Eyni zamanda kifayət qədər məsuliyyətli və çətin. Çünki, aparıcı söylədiyi hər bir kəlməyə cavabdehdir".    
 
- Özünüzü 5 il sonra bu kanalda necə görür, yaxud təsəvvür edirsiniz?
- "Düşünürəm ki, ARB 24  beş il sonra BBC,  CNN kimi "media nəhəngləri” ilə rəqabət apara biləcək. Çünki burada peşəkarlar cəmləşir". 

QEYD: Hüseyn Azəri ANS TV-də "Poçt qutusu”, "İç Xəbər”, İTV-də "Carçı” Xəbərlər proqramının əsas buraxılışının aparıcısı və redaktoru, eyni zamanda Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanının mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışıb. Hazırda ARB 24-də fəaliyyət göstərir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ