"Sahil" metrosunun yaxınlığında adam öldürən şəxsə hökm oxunub.
Oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Sadiq Fətullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsə hökm oxunub. O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, qətl hadisəsi bu il yanvarın 4-də saat 6 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən "Kofein-klub”da baş verib. 25-30 yaşlı şəxsin kəsici-deşici alətlə xəsarətlər yetirilib. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Ölən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü S. Fətullayev tutulub.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
7News.az








