"Möhtəşəm oynadıq. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Bizim üçün bayrağımızın burada olması belə böyük uğurdur. Kənardan izləmək çox çətindir, ancaq gözləyəcəyik. Ümid edirəm ki, 1/8 finala vəsiqə qazanacağıq".
7News.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Arda Turan "Avro-2016"da Çexiyaya qalib gəldikləri oyundan sonra "TRT"yə açıqlamasında deyib.
29 yaşlı futbolçu Xorvatiya və İspaniya ilə görüşlərdəki oyununa görə onu tənqid edənlərə belə cavab verib: "Heç vaxt pulu önəmsəyən biri olmadım. 90 matç keçirdim, 5 pis oyunumu göstərsinlər, bütün sərvətimi verərəm. Mənim üçün problem yoxdur, amma anamı ağlatmasaydılar yaxşı olardı. Bu səbəbdən bəzilərini bağışlamayacam. Ancaq hazırda bunları danışmağın vaxtı deyil".
Qeyd edək ki, "Avro-2016"da qrup mərhələsinin son turunda Çexiyaya 2:0 hesabı ilə qalib gələn Türkiyə millisi 1/8 finala yüksəlmək şansını saxlayıb.








