RU
Arda Turan evlənir
12:36
1081

Arda Turan evlənir

Türkiyə yığmasının və "Barselona" klubunun yarımmüdafiəçisi Arda Turanın evlənmə tarixi məlum olub. Futbolçu eşq yaşadığı Aslıhan Doğanla nikah masasına oturmağı planlaşdırır. Cütlüyün toyu iyun ayının 4-ə nəzərdə tutulub.

Məlumata görə, bir müddət əvvəl sevgilisi ilə arasında mübahisə düşən Arda nikah masasına oturaraq münasibətini xilas etməyə çalışır. Arda Turan ötən yay "Atletika Madrid"dən "Barselonaya" keçib. Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən yanvar ayının 7-nə kimi meydana çıxa bilməyib. Arda Turan ötən ilin yayından bəri Kataloniya klubunun şərəfini qoruyur. Artıq türkiyəli ulduz katalon klubunun heyətində iki dəfə fərqlənməyə də imkan tapıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ