“Barselona” forması ilə ikinci rəsmi oyununa çıxan türkiyəli futbolçu Ardan Turan komanda yoldaşı Lionel Messi haqqında müsbət fikirlər səsləndirib.
O, argentinalı hücumçunu möcüzə adlandırıb:
“Ayağıma top düşən kimi Messini görürəm. “Barselona”da hamı belədir. Mən Leo kimi birini görməmişəm. O, Allahın möcüzəsidir”.
Qeyd edək ki, Arda ötən gün İspaniya La Liqasının 18-ci turunda “Qranada” ilə oyunda məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini Messi qolla tamalayıb./qol.az
7news.az








