RU
Arda Turanın evi “yumurta atəşi”nə tutulub
16:20
1411

Arda Turanın evi “yumurta atəşi”nə tutulub

AÇ-2016-dakı zəif çıxışı ilə tənqid hədəfinə çevrilən Türkiyə yığmasının kapitanı Arda Turanın evinə hücum çəkilib.

7News.az qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, fanatlar 29 yaşlı futbolçunun Barselona şəhərindəki evini “yumurta atəşi”nə tutublar.

İspaniya ilə matçda türkiyəli azarkeşlər tərəfindən fitə basılan Ardaya ispan fanatlar dəstək olmuşdular. Lakin yerli fanatların əsəbi hələ də soyumayıb.

İspaniyada yaşayan türkiyəli fanatlar Ardanın ordakı evinə hücum çəkərək, onun sərgilədiyi oyundan narazı olduqlarını bildiriblər.

Qeyd edək ki, Türkiyə yığması AÇ-dəki növbəti matçını bu gün Çexiyaya qarşı keçirəcək. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ