"Barselona"nın türk futbolçusu Arda Turan ölkəsinin mətbuatına maraqlı müsahibəsi ilə diqqət mərkəzinə düşüb.
Müsahibə zamanı Arda Türkiyədəki terror hücumları haqqında xüsusi ilə danışmaq istəyib.
Futbolçunun müsahibəsindən həmin açıqlamaları olduğu kimi təqdim edirik:
"Artıq alov içimi yandırır. Mənə bir şey olarsa, öz ölkəmdə dəfn ediləcəm. Buna görə də sona qədər ölkəmin, polisinin, əsgərinin yanında olacam. Bir idmançı, diqqət mərkəzində olan bir şəxsiyyət kimi, arxasını Türkiyə xalqına söykəyən bir vətəndaş olaraq əlimdən gələn nə lazımdırsa, etməyə hazıram və razıyam".
7News.az







