Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan verilən məlumata görə, bu vəsaitdən 5,6 milyon ABŞ dolları məbləğində vəsait 7 banka və 40 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Respublikası Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.
7News.Az








