RU
ARDNF-in Müşahidə Şurasının iclası keçirilib
19:05
82

ARDNF-in Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib.

7NEWS.Az xəbər verir ki, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə edilib.
Dövlət Neft Fondunun 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin nəticələrinin və 2021-ci il üçün büdcəsinin icrasının Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul olunub.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ