RU
Argentina İranın müvəqqəti işlər vəkilini arzuolunmaz şəxs elan edib
10:10
16

Argentina İranın müvəqqəti işlər vəkilini arzuolunmaz şəxs elan edib

Argentina hökuməti İranın Buenos-Ayresdəki müvəqqəti işlər vəkilini arzuolunmaz şəxs elan edib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın müvəqqəti nümayəndəsi Möhsən Soltani Tehrani Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq "persona non grata” elan olunub və ona ölkəni 48 saat ərzində tərk etmək tapşırılıb.

Bu qərar İran XİN-in Argentinanın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına qarşı çıxış etməsinə cavab olaraq qəbul edilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ