İnflyasiyanın 254 faizə yüksəldiyi Argentinada həmkarlar ittifaqları ilə hökumət arasında aparılan danışıqlar uğursuzluqla nəticələnib və işçilər 24 saatlıq ümumi tətilə başlayıblar.
7NEWS.az xəbər verir ki, həmkarlar ittifaqları ilə hökumət arasında aparılan danışıqlar nəticəsiz qaldıqdan sonra Argentinada işçilər 24 saatlıq ümumi tətil elan ediblər. Ölkə mətbuatında yer alan xəbərə görə, əmək haqlarının artırılmasını tələb edən həmkarlar ittifaqları ilə hökumət nümayəndələri arasında bir müddətdir aparılan danışıqlar heç bir nəticə verməyib.
7NEWS.az








