RU
Arif Babayev vəzifəsindən getdi - Yerinə o təyin olundu
13:44
979

Arif Babayev vəzifəsindən getdi - Yerinə o təyin olundu

Xalq artisti Arif Babayev Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsindən azad olunub.

7News.Az xəbər verir ki, buna səbəb xanəndənin səhhətindəki problemlər olub.

O, konservatoriyadakı fəaliyyətini professor kimi davam etdirəcək.

Kafedra müdiri vəzifəsinə isə Xalq artisti Mənsum İbrahimov təyin olunub. O qeyd edib ki, sentyabrın 5-dən vəzifəsini icra etməyə başlayıb: "Ötən gün Arif Babayevin evinə getdim, xeyir-duasını aldım”.

Qeyd edək ki, fevralda A.Babayevin 85 yaşı tamam olub.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ