RU
Arıların daha bir qeyri-adi bacarığı aşkar edildi…
12:00
394

Arıların daha bir qeyri-adi bacarığı aşkar edildi…

Alimlər müəyyən ediblər ki, arıların insanı üzündən tanıya bilmək qabiliyyəti var.

Tədqiqatda qeyd olunur ki, insan beynindəki 86 milyon hüceyrə ilə müqayisədə həşəratların beynində 1 milyondan az hüceyrə mövcuddur, ona görə də onlar məhdud sayda üzü yadda saxlaya bilirlər. Aparılan testlərin gedişində arılara insanların ağ-qara şəkilləri göstərilib. Həşəratlarda "qismən tanıma” və "sifətin kompozisiyasını” tanıma qabiliyyəti olduğu aşkar edilib, lakin onlar yalnız bütöv bir tam kimi insan üzünü yadda saxlaya bilir və detallarını müəyyənləşdirmək imkanından məhrumdurlar.

Tədqiqatçılar hesab edirlər ki, testin nəticələri beyinin evolyusiyasını dərk etməkdə onlara daha yaxşı kömək edə bilər, eyni zamanda süni intellektin araşdırılmasında faydalı ola bilər. /Moderator

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ