RU
Armatur fəhlənin çiynindən girib belindən çıxsa da, sağ qaldı
22:30
495

Armatur fəhlənin çiynindən girib belindən çıxsa da, sağ qaldı

Xəstənin bədənindəki səbəbindən onu təcili tibbi yardım avtomobilinə yerləşdirə bilməyiblər. Zərərçəkəni xəstəxanaya yanğınsöndürən maşınla gətiriblər.

7news.Az interaz-a istinadən xəbər verir ki, bu günlərdə Çində qeyri-adi hadisə baş verib. Xoyçjou şəhərindəki tikililərdən birində bədbəxt hadisə baş verib. Tikilməkdə olan binanın yeddinci mərtəbəsindən 2 metr uzunluğunda metal mil düşərək fəhlələrdən birinin çiynindən girərək belindən çıxıb.

Kənardan baxarkən mənzərənin dəhşətli olmasına və briqadanın yoldaşlarının sağ qalacağına ümidlərinin olmamasına baxmayaraq travma almış fəhlə huşunu itirməyib.

Xoşbəxtlikdən mil vacib qan damarlarını zədələməyib. Bu səbəbdən qara ciyər və böyrəklərdən aldığı yüngül travmaya baxmayaraq kişi sağ qalıb və həkimlərin yardımını gözləyə bilib.

Fəhlənin xilası üzrə əməliyyata rəhbərlik edən həkim Yanq Vendonqun sözlərinə əsasən, xəstənin bədənindəki armatur səbəbindən onu təcili tibbi yardım avtomobilinə yerləşdirə bilməyiblər. Zərərçəkəni xəstəxanaya yanğınsöndürən maşınla gətiriblər.

Milin çıxarılma əməliyyatı 2 saat çəkib. Əməliyyat üçün az qalsın, bütün xəstəxana personalını toplamaq tələb olunub. Belə ki, oxşar ekstraordinar işdə boş əllər üçün hər zaman iş tapılır.

İndi fəhlənin həyatı üçün təhlükə mövcud deyil, o, asta-asta olsa da, sağalmağa başlayıb.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ