RU
Arqişti Kərəmyan Ermənistan İstintaq Komitəsinin sədri təyin olunub
21:20
402

Arqişti Kərəmyan Ermənistan İstintaq Komitəsinin sədri təyin olunub

Ermənistan İstintaq Komitəsinin sədri dəyişib.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumatına görə, bu vəzifəyə Arqişti Kərəmyan təyin olunub.

Ermənistan hökumətinin saytında yerləşdirilən məlumatda bildirilir ki, digər qərarla Ayk Qriqoryan İstintaq Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 30 yaşlı A. Kərəmyan 2020-ci ilin iyunundan oktyabrına qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub. 2020-ci il dekabrın 24-də Ermənistan İstintaq Komitəsi sədrinin müavini təyin edilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ