7NEWS.az xəbər verir ki, NASA-nın 10 ilə yaxındır üzərində işlədiyi və insanları Aya gətirməyi hədəfləyən Artemida Ay Proqramı ilə bağlı çoxdan gözlənilən gün gəlib çatdı. "Orion” kosmik gəmisinin Ay orbitinə daşınmasına cavabdeh olan "Artemis I” raketi ABŞ-ın Florida ştatındakı Kanaveral burnu bazasından uğurla buraxılıb. Bildirilib ki, 98 metr uzunluğunda və 3,99 tonluq təkanlı raketlə Aya göndərilən "Orion” kosmik gəmisi gələcəkdə planlaşdırılan insan uçuşları ilə bağlı elmi məlumatlar toplayacaq.
7NEWS.az








