RU
Artilleriyaçılarımız Qazaxıstana gedib - FOTO
16:42
203

Artilleriyaçılarımız Qazaxıstana gedib - FOTO

"Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək "Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak etmək üçün topçularımız Qazaxıstana səfər edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Qazaxıstanın Almatı şəhərində komandamıza müsabiqənin qaydaları və şərtləri ilə tanışlıq məqsədilə brifinq təqdim olunub.

 

Müsabiqəyə artilleriyaçılarımız 22 nəfərlik heyətlə qatılacaq.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ