Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxildir.
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlo bildirib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.
Həmçinin iclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq./azvision.az
7news.az








