Braziliyada yoxa çıxan Yunanıstan səfiri Kiriakos Amiridisin yanmış halda tapılan avtomobilinin içərisindəkli meyitin kimliyi məlum olub.
7news.Az xəbər verir ki, ilkin araşdırmalar zamanı onun həyat yoldaşı tərəfindən öldürüldüyü məlum olub. Daha sonra qadının Rio-de-Janeyroda polis zabiti ilə sevgili olduğu və elə onun v asitəsilə cinayəti törətdiyi müəyyənləşib.
Bu hadisə ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyi tərəfindən heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Kiriakos Amiridis Rio-de-Janeyroya yeni il tətilini keçirməyə gedib.
7news.Az








