RU
Arvadı tərk edən kişini maşın vurub öldürdü
11:05
1015

Arvadı tərk edən kişini maşın vurub öldürdü

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Polis İdarəsindən verilən məlumata görə, Lənkəran-Boradigah şosesinin Girdəni  kəndi ərazisindən keçən hissəsində kənd  sakini, 1961-ci il təvəllüdlü Allahyar İdris oğlu Əsədullayev idarə etdiyi 42-BP-268 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını ilə yolu keçmək istəyən həmkəndlisi 1975-ci il təvəllüdlü Ələsgər Qasım oğlu İmamverdiyevi vurub.

Sürücü yaralını avtomobilinə qoyaraq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Reanimasiya şöbəsinə yerləşdirilən 41 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Dünyasını dəyişən şəxsin psixoloji problemləri olduğu, buna görə də həyat yoldaşının onu tərk etdiyi bildirilir.

Faktla bağlı Lənkəran Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır./anspress.com

7News.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ