Türkiyəli müğənni Mustafa Ceceli həyat yoldaşı ilə restorandan çıxarkən görüntülənib.
7News.Az axşam.az-a istinadən bildirir ki, Ceceli jurnalistlərin "Həyat yoldaşınıza romantik sürprizlər edirsiniz" sualına "Sevgililər günündə hədiyyə almadım, onun yerinə başqasına nəzir verdim" deyə, cavab verib.
Qeyd edək ki, cütlük ötən il ailə qurub. Ceceli birinci həyat yoldaşından qalmaqallı şəkildə boşanıb.
7News.Az








