Kişi həyat yoldaşını amansızcasına cəzalandırıb.
Hadisə Türkiyənin 12 şubat rayonunun Hacı Bayram məhəlləsində baş verib. Ölkəsindəki daxili müharibədən qaçaraq Kahramanmaraşa gələn Mahmud Mikbani iddiaya görə, yola getmədiyi, 5 uşağının anası Minel Ratıb Elarabiyi kəndirlə, səsinin eşidilməməsi üçün də ağzını bağlayıb. Mahmud Mikbani 15 gün ərzində xanımına uşaqlarının gözləri qarşısında işgəncə edib. Dəmirlə döyülüb, bədənində siqaret söndürülən, bıçaqla yaralanan və üstünə qaynar yağ tökülən Elarabi köməyə heç kimi çağıra bilməyib.
20 sentyabrda Mahmud Mikbani oğlunu məktəbə aparmaq üçün evdən ayrılanda, Minel Ratıb Elarabi 2 aylıq körpəsi ilə qonşularının yanına gedib. Türkcə bilməyən Elarabi bədənindəki yaraları göstərərək yaşadıqlarını izah etməyə çalışıb.
Təcili tibbi yardım maşınıyla Nəcib Fazil Kısakürək adına Şəhid Xəstəxanasına aparılan Minel Ratıb Elarabi dərhal həkimlər tərəfindən müalicə olunub.
Xəstəxana rəhbərliyi və şəxsi heyətinin yaxından maraqlandığı Minel Ratıb Elarabi müalicədən sonra uşağıyla birlikdə Ailə və Sosial Siyasətlər İdarəsi tərəfindən dövlət mühafizəsinə götürülüb.
Həyat yoldaşı axtarılır
Digər tərəfdən, hadisədən sonra evə gələn Mahmud Mikbani həyat yoldaşını tapa bilməyib və 4 uşağı ilə birlikdə evi tərk edib.
Araşdırma davam edir. Polis onları axtarır/goldnews.az
7news.Az








