Həyat yoldaşına qəzəblənən şəxs əsəbini sakitləşdirmək üçün mağazasını yandırdı. İzləyənləri dəhşətə gətirən hadisə, Türkiyənin Zonquldağ şəhərində qeydə alınıb.
Hadisə belə olub. Adı açıqlanmayan mağaza sahibi evdə həyat yoldaşı ilə mübahisə edib. İşə gəldikdən sonra da əsəbi soyumayan şəxs, qəzəbini nümayiş etdirmək üçün mağazanın içində olan əşyaları təpikləyib, şüşələri qırıb. Var gücü ilə əşyaları darmadağın edən kişi, bununla sanki həyat yoldaşına olan hirsini tanınmaz hala saldığı əşyaların üstünə töküb. Lakin əsəbi ər, bunula da sakitləşməyib. Benzin və kibriti əlinə götürərək mağazanı alovlara qərq edib.
Mağazadakı yanğın, şəxsin özünün də həyatını təhlükəyə atıb. Birinci və ikinci dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan kişinin həyati təhlükəsinin olmadığı bildirilir./atv
7news.az








