RU
Arvadını, baldızını və qayınanasını bıçaqladı
20:00
735

Arvadını, baldızını və qayınanasını bıçaqladı

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Maştağa qəsəbəsi, Bağırov 98 ünvanında yaşayan İlham Qurbanov həyat yoldaşı 30 yaşlı Mədinə Qurbanovaya, qayınanası 54 yaşlı Çimnaz Əliyevaya və baldızı, 29 yaşlı Aynurə Əliyevaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, Aynurə Əliyeva döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası, Çimnaz Əliyeva və Mədinə Qurbanova isə boğaz nahiyəsinin kəsilmiş yaraları ilə xəstəxanaya gətiriliblər. Əməliyyat olunan xəstələrin vəziyyəti ağır olaraq qalır.

Polisdən verilən məlumata görə, hadisə baş verəndən sonra İlham Qurbanov Sabunçu rayon polis idarəsinə gedərək könüllü təslim olub.

Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq./region

7news.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ