RU
Arvadını bıçaqlayaraq öldürmək istədi
14:00
336

Arvadını bıçaqlayaraq öldürmək istədi

Fevralın 17-i saat 16 radələrində Aytən Qasımova Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə bıçaqlanıb.

Prokurorluqdan 7News.Az-a verilən məlumata görə, zərərçəkmişin əri Raman Təhməzov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ