Bakıda dəhşətli olay yaşanıb.
Belə ki, bir müddət əvvəl “Təmiz Dünya Qadınlara Yardım” ictimai birliyinin sığınacağından həkimə getmək adı ilə çıxan qadın itkin düşmüşdü. Həmin qadın dünən polis tərəfindən tapılıb və bölməyə gətirilib. Bu barədə məlumatı ictimai birliyin sədri Mehriban Zeynalova açıqlamasında bildirib:
“Siğınacağımızda ay yarım bundan əvvəl bir qadın uşaqla yaxınlıqdakı həkim məntəqəsinə gedib geri qayıtmamışdı. Bu barədə dərhal yaxınlıqdakı polis bölməsinə məlumat vermişdik. Həmin vaxt qadının əri bizə zəng vursa da qadın onun yerinin bildirilməməsini xahiş etmişdi. Qadın yoxa çıxdıqdan sonra həyat yoldaşı bizə zəng vurub polisin ondan izahat istədiyini və bizim vaxtında məlumatı gizlətdiyimizə görə cavab verəcəyimizlə hədələmişdi. O zaman kişiyə, qadın həyatının təhlükədə olduğunu dediyini esas gətirdik. O isə, “ mən heç vaxt onu döyməmişəm, sadəcə özü günahkar idi, qısqanclıq yaradırdı. Bu gün polisdən zəng vurdular ki, qadın tapılıb və polis idarəsindədi. Bizi şoka salan bir məqamsa, bu müddət ərzində əri onu evdə gizlin saxlayıb və hər kəsə belə qızınız hardadır, deyərək axtarırmış. Hazırda qadının döyülməkdən ayağı tutulub. Yeriyə bilmir. İşgəncədən qurtulmaq üçün uşağını evdə qoyub polisə qaçıb.“ /femida
7news.az









