RU
Arvadını iş yoldaşı ilə danışdığına görə öldürən şəxsə hökm oxundu
21:50
572

Arvadını iş yoldaşı ilə danışdığına görə öldürən şəxsə hökm oxundu

Musayev kəsici alətlə ona 6 zərbə vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdaş rayon sakini Vüsal Musayevin (1985-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttiham aktına əsasən, bu il aprelin 28-i gecə saat 1 radələrində Vüsal Musayev Zabrat-1 qəsəbəsinin X.Vəliyev küçəsindəki fərdi evdə olarkən arvadı Zakirə Məmmədovanı (1986-cı il təv.), Araz adlı iş yoldaşı ilə telefonla danışdığı üçün qətlə yetirib.

Belə ki, əvvəl qadın mətbəxdən bıçaq götürərək ərini hədələyib və daha onunla yaşamaq istəmədiyini deyib. Bundan sonra isə bıçağı masanın üzərinə qoyub və üzünü dönüb getmək istəyərkən V.Musayev kəsici alətlə ona 6 zərbə vurub.

Daxil olan məlumat əsasında hadisə yerinə Sabunçu RPİ 15-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, müvafiq müayinə aparılıb.

Araşdırma zamanı məlum olub ki, Vüsal Musayev və Zakirə Məmmədova 8 il əvvəl evləniblər, birgə nikahdan bir övladları olub.

Məhkəmə prosesində Vüsal Musayev bildirib ki, arvadı Nərimanov rayonunda “Neptun” marketdə Araz adlı iş yoldaşı ilə işləyib, kassir vəzifəsində çalışıb.

Onun sözlərinə görə, arvadı iş yoldaşı ilə ona xəyanət edib və hətta özü onları bir yerdə tutub.

Zərərçəkmişin hüquqi varisi Sabir Məmmədov bildirib ki, Vüsal onun bacısını qaçırıb, sonra isə onlar evləniblər. Onun sözlərinə görə, hadisədən əvvəl də mübahisələri olub:

“Zakirə deyirdi ki, Vüsal başqa yerdə qız saxlayır. O işləyib pulu kafelərdə xərcləyəndə, bacım işləyib evin kirayə pulunu verib. Zakirə ilə evli olduğu müddətdə də öz xalası qızı ilə sevgili olub”.

Şahid qismində ifadə verən Gülşən Məmmədova mərhum bacısının heç vaxt Vüsala xəyanət etmədiyini qeyd edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub./oxu

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ