RU
Arvadını öldürən hakimin cəzası azaldıldı
17:30
834

Arvadını öldürən hakimin cəzası azaldıldı

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu rayon Məhkəməsinin keçmiş hakimi Fəqan Əhmədovun cəza müddəti azaldılıb.

Bu barədə Bakı Apellyasiya Məhkəməsində qərar çıxarılıb. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ləğv edilib. F.Əhmədovun həbs müddəti 10 ildən 7 ilə endirilib.

Qeyd edək ki, vəfat edən Pərvanə Əhmədovanın valideynləri kürəkənlərinin ağır ittihamla mühakimə olunmasından narazı idilər. Onlar Fəqan Əhmədova bəraət verilməsi üçün məhkəməyə müraciət etmişdilər.

Xatırladaq ki, hadisə ötən ilin mayında Nardaran qəsəbəsi, "Ləhiş bağları”nda baş verib. F.Əhmədov birgə yaşadıqları evdə ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı öldürüb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ