RU
Arvadını ütü ilə yandırıb işgəncə verən kişi həbs edildi
16:18
661

Arvadını ütü ilə yandırıb işgəncə verən kişi həbs edildi

Baş Prokurorluq Zabratda arvadını uzun müddət döyüb işgəncə verən Rüfət Mehdiyevin həbs edilməsi haqda açıqlama yayıb.

Sabunçu rayonunun Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması faktına görə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına əsasən Bakı şəhər prokurorluğunda davam etdirilir.

Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2 (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6 (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələrinə tövsif edilib və R.Mehdiyevə həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir./qafqazinfo

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ