RU
Arvadını və 3 uşağını öldürüb öz həyatına son qoydu
16:40
30

Arvadını və 3 uşağını öldürüb öz həyatına son qoydu

Türkiyənin Kilis bölgəsində həyat yoldaşı və 3 uşağını boğaraq öldürən şəxs cinayəti törətdikdən sonra öz həyatına son qoyub. 

7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, xəbərin ardından evə gələn polis qrupları 5 nəfərlik Kuvara ailəsinin cansız cəsədini tapıb. 

Araşdırma zamanı Suriya əsilli Yusuf Kuvaranın həyat yoldaşı Merveni və 8, 6 və 5 yaşlı 3 uşağını naməlum səbəbdən boğaraq öldürdüyü müəyyən edilib. 

Hadisəni törətdikdən sonra isə intihar edib. 

Meyitlərə baxış keçirildikdən sonra  cəsədlər meyitxanaya aparılıb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 
 
 




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ