Türkiyədə İstanbul “Əsənyurt” hava limanın gömrük xidmətinin əməkdaşı ailəsi ilə birgə evində ölü tapılıb.
Nejdet Arıkan, həyat yoldaşı Figen Arıkan və 3 yaşındakı oğlu Efe başlarına silahla açılan atəş nəticəsində qətlə yetirilib. Polisin apardığı araşdırma nətcəsində qətlin ata tərəfindən törədildiyi ehtimal edilir.
Belə ki, buna səbəb Nejdet Arıkanın yanında onun tabeliyində olan silahın tapılması olub. Ehtimal edilir ki, işdən evə gələn ata əvvəlcə həyat yoldaşını sonra isə 3 yaşlı oğlunu öldürüb. Sonda isə özü intihar edib. Faktla bağlı araşdrıma aparılır./azvision
7news.az








