Kişi həyat yoldaşının ad günündə onu və qızını qətlə yetirib.
ABŞ-ın Florida ştatının Mayami şəhərində yaşayan 57 yaşlı kişi dəhşətli cinayət törədib.
Noel Chambers 10 yaşlı qızını və 49 yaşlı xanımını mişarla doğrayıb. Hadisə baş verən gün Noelin həyat yoldaşının ad günü olub. Kişi 29 yaşlı qızına da xəsarət yetirib. O, hazırda xəstəxanada müalicə olunur.
Cinayət törətdikdən sonra qaçan Noel Chambers polis tərəfindən saxlanılıb.
Cinayətlə bağlı araşdırma aparılır.
7News.Az












