Türkiyənin Adana şəhərində "Mənə xəyanət edirsən" deyərək 12 illik arvadı S.Ç-nı (35) yarım saat dəmir parçası ilə döyən 35 yaşlı Hamza Ç.-nın ilk ifadəsi ortaya çıxıb.
7News.Az Haberler-ə istinadən xəbər verir ki, Hamza məhkəmədə ifadəsi zamanı arvadının nərdivandan yıxıldığını bildirərək "Yoldaşım mənə şər atır. Ona da bunu valideyinləri məcbur edir" deyib.
Qeyd edək ki, 12 illik evli olan cütlüyün 3 övladı var.
Hamza arvadını döyərək bu hala gətirib:
7News.Az











