RU
Arvadının cəsədini 50 km daşıdı, sonra yorulub ağladı - VİDEO - FOTOLAR
13:27
555

Arvadının cəsədini 50 km daşıdı, sonra yorulub ağladı - VİDEO - FOTOLAR

"Artıq daşıya bilmirəm. Gücüm, heyim qalmadı...."

Bunu deyən kişi yerə oturub ağlayırdı.

O, cüzamdan ölmüş arvadının cəsədini yaşadığı kəndə aparırdı. Kiçik arabada...

7News.az AsiaOne-a istinadən bildirir ki, olay Hindistanın Telanqana ştatındakı Vikarabad şəhərində yaşanıb.

Ramulu adlı şəxs arvadı Kavitanı müalicə üçün ölkənin qərbindəki Heydərabad şəhərinə aparmışdı. Lakin cüzam xəstəsi olan Kavita elə Heydərabadın dəmiryol vağzalında keçinib.

Ramulu arvadının meyidini təcili yardım maşını ilə 120 km aralıdakı kəndinə aparmaq istəyib. Fəqət, təcili yardım xidməti bunun üçün 130 dollar pul tələb edib.

Ramulunun isə vur-tut 20 dolları vardı.

Naçar qalan ər arvadının meyidini əl arabası ilə kəndə aparmaq qərarına gəlir.

50 km qət edəndən sonra o, halsız, yorğun düşür və ağlamağa başlayır.

Vikarabad sakinləri zavallıya yardım ediblər. Onlar pul toplayıblar və təcili yardım maşını kirayələrək Kavitanın meyidinin doğma kəndə aparılmasına nail olublar.

Videonu izləmək üçün şəklə klikləyin:

Arvadının cəsədini 50 km daşıdı, sonra yorulub ağladı


 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ